İran BMT TŞ-nin yeni üzvlərinin seçilməsini alqışlayıb
İranın Xarici İşlər Nazirliyi Hindistan, İrlandiya, Meksika və Norveçin BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri kimi seçilmələrini alqışlayıb.
SaharAzeri xəbər verir, İranın Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda bildirib ki, Tehran BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri ilə həmkarlığa hazırdır. Bəyanatda sonra bildirilir ki, BMT Təhlükəsizlik Şurasının 2021-2022 dövrü üçün aparıcı iş gündəmi pis xüsusiyyətli hökumətlər və ideologiyalar qarşısında beynəlxalq hüquq normaları və çoxvektorluluq cəhətdən səmərəli şəkildə himayə edilməlidir.
Təhlükəsizlik Şurası 15 üzvdən təşkil olunub. Onun beş üzvü daimi, on üzvü isə qeyri-daimidir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Çin, Fransa, Rusiya, İngiltərə və Amerikadan ibarətdir. Şuranın on qeyri-daimi üzvünü Baş Assambleya BMT üzvlərinin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasındakı iştirakına və digər hədəflərə, həmçinin ədalətli coğrafi bölgüyə əsasən seçir.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri ikiillik bir dövr üçün seçilirlər. Braziliya, Almaniya, Hindistan və Yaponiya kimi bəzi ölkələr dəfələrlə BMT nizamnaməsinin islah olunması və Təhlükəsizlik Şurasının daimi üzvlərinin artırılması tələbini irəli sürüblər.