İyun 21, 2020 13:08 Asia/Baku
  • Qərblilər öz düşmənçilik mahiyyətlərini bir daha büruzə verdilər

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının İrana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən, deyib: "ABŞ başda olmaqla Qərb və bəzi Avropa ölkələri bir daha öz etibarsız və düşmənçilik mahiyyətlərini İran xalqına göstərmiş oldular".

SəhərAzəri xəbər verir, Avropalıların İran xalqı ilə düşmənçilikdə ABŞ-dan heç də geridə qalmadığını bəyan edən Məhəmməd Baqir Qalibaf bu gün etdiyi çıxışında deyib: " Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasında anti-İran qətnaməsinin qəbul edilməsi sioinist rejiminin uşaqcasına planıdır".

İranın bu qətnaməyə adekvat cavab verəcəyinə toxunan M.B.Qalibaf İranla MAQATE arasındakı münasibətlərdə  hazırkı gərginliyin artmasına görə, bu qətnamənin əsasını qoyanların məsuliyyət daşıdığını və onun fəsadlarını qəbul etməli olduqlarını bildirib.

İran İslam Şurası Məclisinin sədri, həmçinin İranla Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin illərlə əməkdaşlığına da toxunub. O, ötən 17 il ərzində İranın öz milli maraqları və beynəlxalq qanun normaları çərçivəsində Agentliklə səxavətli şəkildə əməkdaşlıq etdiyini, lakin düşmənçilikdən başqa bir şey görmədiyini qeyd edib.

Qalibaf, həmçinin milli konsensusa arxalanaraq, ağıllı müqavimətin İranın strategiyası olduğunu vurğulayaraq, xatırladıb ki, öz bayrağı altında tankerlərini Latın Amerikasına qədər göndərən bir xalq əsassız qətnamələrin məəttəli qalmayacaq.

İran İslam Şurası Məclisinin sədri ABŞ-la müzakirənin qəti şəkildə qadağan olduğunu bəyan edərək, Qərb ölkəklərilə də danışıqların maksimum inamsızlıqla aparılacağını vurğulayıb.

Teqlər