İran səmasında Günəşin tutulması müşahidə edilib
Yay fəslinin başlanması ilə İran səması Günəşin tutulmasının şahidi olub.
SəhərAzəri İRİB-a istinadla xəbər verir, Günəş tutulması Tehran vaxtı ilə saat 9:40-da başlayıb və əksər bölgələrdə 11:37-dək davam edib, Həmçinin Bakı vaxtı ilə saat 08:47-də başlayıb, saat 13:34-də isə sona çatacaq.
Bu təbiət hadisəsi Afrikanın mərkəzindən başlayıb və Yəmən, Oman və İran səmasından keçərək, Pakistan, Hindistan və Sakit Okeana doğru hərəkət edib.
Günəşin tutulması o zaman baş verir ki, Ay Yerlə Günəş arasında olur və onun kölgəsi Yer kürəsinə düşür, nəticədə Yer səthinin bəzi hissələrində Ayın diski Günəş diskini tamamən və ya qismən örtür və gözlərdən itirir.
Böyük təqlid mərcələrinin dediyinə sasən, Günəş tutulamsı baş verən şəhər və ya kəndlərdə, insanların onu görüb-görməməsindən asılı olmayaraq, Ayət namazı qılmaq vacibdir və Günəş tutulması sona çatdıqdan sonra onun qəzasını yerinə yetirməlidirlər.