Müqəddəs Müdafiənin 192 şəhidinin cənazələri İslami İrana daxil olub
Müqəddəs Müdafiə dövrünün 192 şəhidinin pak cənazələri bu gün İranın cənub-qərbində yerləşən Şələmcə beynəlxalq sərhədindən İslami İrana daxil olub.
SəhərAzəri xəbər verir ki,
192 Müqəddəs Müdafiə şəhidinin cənazələrinin İslami İrana daxil olması mərasimində şəhidlərin xadimlərindən təkcə bir neçə nəfər iştirak edib və pis koronavirus şəraitinə görə, xalqın qarşılama mərasimi keçirilməyibdir.
Bu 192 şəhid «İlkin Vəlfəcr», Vəlfəcr-1, Ramazan, Xeybər, Bədr, Kərbəla-4, Kərbəla-5 və Beytulmuqəddəs-7 əməliyyatlarına və düşmənin əks-hücumu dövrünə aiddir.
İraqın bəəs rejiminin bəzi Qərb və ərəb ölkələrinin himayəsi və İslam İnqilabını məğlub etmək məqsədilə İrana qarşı apardığı səkkizillik icbari müharibədə 230 min nəfərin şəhid olmasından əlavə, bu miqdardan çox insan yaralandı və minlərlə nəfər də itkin düşdü.