İyun 22, 2020 19:35 Asia/Baku
  • Bağdad hava limanının girəcəyində şəhid Süleymani qrafittisi

General-leytenant Hacı Qasim Süleymaninin və Əbu Mehdi Əl-Mühəndisin şəhadətindən 170 gün keçir və hələ iraqlılar bu iki böyük şəxsin şəhadəti məkanında olaraq, Amerikanın cinayətlərini xatırladırlar.

SəhərAzəri-nin reportajı:

Bura, Bağdad hava limanının girəcəyidir. Burada amerikalı terrorçular general-leytenant Hacı Qasım Süleymanini və Əbu Mehdi Əl-Mühəndisi namərdcəsinə terror etdilər və bu gün iraqlılar bu iki böyük şəxsiyyətin xatirəsinə həmin iki şəhidin qrafittisini açıq elan edərək, onların ruhlarına gül dəstələri təqdim etdilər.

O nəhs hadisədən sonra İraq parlamenti tarixi bir qərarda amerikalıların qovulmalarına səs verdi.

Və indi Vaşinqton İraqın mövqeyini dəyişdirmək və özünün bu ölkədəki iştirakını davam etdirmək istiqamətində müzakirə üçün Bağdadı təzyiq altında qoyur.

Müsahibə; Amerika İraqın suveren bir ölkə olmasını istəmir. Onlar İraqı beynəlxalq hesabçürütmələr məkanına çevirmək istəyirlər. Hətta əgər minlərlə günahsız iraqlını öz qanunsuz siyasətlərinə qurban etmiş olsalar belə.

Müzakirəyə çağırış elə bir haldadır ki, iraqlılar 17 il keçəndən sonra Amerikanın cinayətlərini unutmayıblar.

Əbu Qurəyb zindanı və onun acı işgəncələri Amerikanın İraqdakı cinayətlərindən digər nümunələrdir.

Müsahibə; Hamımızın vəzifəsidir ki, Amerikanın regiondakı cinayətlərini mediaya çıxaraq. Bir dəfə televiziya kanalları, bir dəfə də virtual mühit vasitəsilə.

Dünya ABŞ demokratiyasını görməlidir. Əbu Qurəyb məhbəsindəki işgəncələr, Bağdadın Əl-Nəsur meydanındakı qırğın və xalq səfərbər qüvvələrinin hədəfə alınması bir neçə nümunədir.

Amerikanın İraqdakı cinayətlərinin qurbanlarının sayı barədə dəqiq bir statistika yoxur. Amma qəti olan məsələ budur ki, sayları bir milyon günahsız-ı ötüb keçibdir. Bu cinayətlərin ən sonuncusu, Bağdad hava limanının girəcəyində müqavimət sərkərdələrinin terror edilmələri idi.

Həmin cinayət Amerikanı rüsvay etməyə bəs edər ki, İraqın suverenliyinə məhəl qoymayıbdır. Özü də İraq hökumətinin yüksək vəzifəli rəsmilərindən birinin və bu hökumətin rəsmi qonağı olan Hacı Qasimin terroru ilə.

Teqlər