Cask terminalının istifadəyə verilməsilə
İranın neft ixracatının təhlükəsizliyi təmin ediləcək
Bijən Namdar Zəngənə öz Tvitter hesabında yazıb: “Cari ilin sonunadək hörmüz boğazından kənarda İranın neft sənayesinin işçilərinin əzmkarlığı nəticəsində “Cask” terminalının istifadəyə verilməsi və min kilometr boru kəmərinin çəkilməsi ilə İranın neft ixracatının təhlükəsizliyi digər ölkələrlə müqayisədə ikiqat artacaq”.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, iyunun25-də səhər saatlarında İran İslam Respublikası prezidenti Həsən Ruhani və neft naziri Bijən Namdar Zəngənənin iştirakı ilə videokonfrans vasitəsilə keçirilən mərasimdə “Cask-Qure” boru kəmərinin çəkilişi üçün rəsmən fəaliyyətə başlanılıb. Sözü gedən boru kəməri İran hökumətinin ən strateji layihələrindən biri və Xark terminalından sonrə ən böyük ixrac terminalıdır. Cask-Qoru layihəsində bir çox ilklərə imza atılıb, o cümlədən enli vərəqələr, borular və pompaların istehsalı.
Bu günə qədər bu layihəyə 300 milyon dollar vəsait sərf olunub, onun təkmilləşməsi üçün daha 800-850 dollar vəsait tələb olunur. İran dövlətinin ən strateji layihəsi olan Caskdan neft ixracatının cari ilin sonunadək reallaşmasına ümid edilir.