İyun 25, 2020 22:26 Asia/Baku
  • İranda  koronavirusa yoluxanlardan 175 min nəfəri sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi İranda son 24 saat ərzində daha 2 min 595 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb, beləliklə də koronavisysa yoluxanların ümumi sayı 215 min 96 nəfərə çatıb.

SəhərAzəri xəbər verir ki, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari videokonfrans formatında keçirilən konfransda, İranda indiyə kimi koronavirusa yoluxanlarda 175 min 103 nəfərin sağalaraq, xəstəxanalardan evə buraxıldığını bildirib.

Onun sözlərinə görə, son sutkada koronavirusdan 134 nəfər hayatını itirib və beləliklə koronavirus qurbanlarının ümumi sayı 10 min 130 nəfərə yüksəlib.

Sima Sadat Lari vurğulayıb ki, COVİD-19 infeksiyasına yoluxmuş şəxslərdən hazırda 2 min 899 nəfəri reanimasiya şöbələrində müalicə alır və indiyədək koronavirus üçün ümumilikdə bir milyon 530 min 437 test aparılıb.

 

 

Teqlər