İyul 04, 2020 15:05 Asia/Baku
  • İranda 199 min nəfər koronavirusdan sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi İranda daha iki mindən çox insanda COVİD-19 infeksiyasının aşkarlandığını və indiyə kimi koronavirusa yoluxanlardan 199 min nəfərin sağaldığını açıqlayıb.

SəhərAzəri xəbər veriri, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün koronavirusla bağlı son statistikanı açıqlayarkən, son 24 saat ərzində qəti diaqnostika meyarlarına əsasən, daha 2 min 449 nəfərdə koronavirusun aşkarlandığını, onlardan 1 148 nəfərin xəstəxanaya yerləşdirildiyini və qalanlarının isə ambulator müalicə alaraq, evə buraxıldığını bildirib.

Larinin sözlərinə görə, İranda koronavirusa yoluxanların ümumi sayı 237 min 878 nəfərə çatıb, son sutkada isə 148 nəfər bu virusdan həyatını itirib və beləliklə koronavirus qurbanlarının ümumi sayı 11 min 408 nəfərə yüksəlib.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi indiyədək 198 min 949 nəfərin COVİD-19-dan sağalaraq, xəstəxanalardan evə buraxıldığını söyləyib.

Qeyd edək ki, bütün dünyada koronavirusa yoluxanların sayı 11 min 210 nəfərə çatıb, onlardan 529 mini həyatını itirib və ən azı 6 milyon 356 min nəfər sağalaraq, xəstəxanalardan evə buraxılıb.

Teqlər