Düşmənlərin İran iqtisdiyyatını dağıtmaq fitnəsi uğursuz qalacaq
https://azeri.sahartv.ir/news/İran-i364167-düşmənlərin_İran_iqtisdiyyatını_dağıtmaq_fitnəsi_uğursuz_qalacaq
İran prezidenti deyib ki, düşmənlərin İran iqtisdiyyatını dağıtmaq fitnəsi uğursuz qalacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2020 09:08 Asia/Baku
  • Düşmənlərin İran iqtisdiyyatını dağıtmaq fitnəsi uğursuz qalacaq

İran prezidenti deyib ki, düşmənlərin İran iqtisdiyyatını dağıtmaq fitnəsi uğursuz qalacaq.

SəhərAzəri xəbər veriri, Həsən Ruhani bu gün dövlətin iqtisadi qərargahının iclasında deyib: Xalqın və elitanın neftsiz iqtisadiyyatın həyata keçməsi barədəki çoxdankı arzusunun əsası qoyulub.

O, sonra söyləyib: Zalımcasına sanksiyalardan və koronavirus pandemiyasından irəli gələn kəskin iqtisadi təlatüm və təkanlara rəğmən, İran iqtisadiyyatının istehsal və ixracat sahələrindəki əsas göstəricilər prosesi yaxşı irəliləyişə malikdir.

Ruhani vurğulayıb: İranın düşmənləri mürəkkəb bir psixoloji əməliyyatda iqtisadi təzyiqləri artırmaqla ölkədə neftsiz bir iqtisadiyyat təcrübəsini uğursuz qoymaq istəyirlər.

O, söyləyib: Düşmənlər bir tərəfdən, var gücləri ilə İran maliyyələrinin ölkə daxilinə köçürülməsinə mane olurlar, digər tərəfdən də gecə-gündüz bunu təlqin edirlər ki, neftsiz iqtisadiyyat siyasəti uğur qazanmayıb və onun əlamətləri kimi də əsas göstəricilər olmayan sırf valyutanın dəyərində və bəzi malların qiymətindəki dəyişkənliyi göstərirlər.