İyul 06, 2020 12:06 Asia/Baku
  • İran Yaponiyaya başsağlığı verib

İran XİN mətbuat katibi Yaponiyada ağır insan tələfati ilə nəticələnən daşqınlar və torpaq sürüşməsi ilə əlaqədar bu ölkə hökuməti və xalqına, həmçinin həyatını itirənlərin ailələrinə başsağlığı verib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi bu gün bir müraciətdə Yaponiyada baş vermiş, onlarla insan tələfatı və itkinkinlər, həmçinin ağır maddi ziyanla nəticələnən daşqınlar və torpaq sürüşməsi faciəsindən təəssüfləndiyini bildirib

Qeyd edək ki, iyunun 4-də Yaponiyanın qərbində yağan leysan yağışları səbəbindən baş vermiş daşqınlar və torpaq sürüşməsi ən azı 42 nəfərin ölümü və 14 nəfərin itkin düşməsi ilə nəticələnib.

Teqlər