İyul 06, 2020 15:01 Asia/Baku
  • İranda 204 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 204 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 613 yeni koronavirus xəstəsi aşkar edilib . 1468 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 243 min 51 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 160 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on bir min 731 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin sözçüsü qeyd edib ki, indiyədək 204 min 83 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da on bir milyon 580 min nəfəri ötüb keçibdir. Onlardan təqribən 538 min nəfər həyatını itirib, azı 6 milyon 550 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.

 

Teqlər