İranın hərbi qüvvələri ölkə ərazisinə heç bir təcavüz icazəsi verməyəcəklər
https://azeri.sahartv.ir/news/İran-i364399-İranın_hərbi_qüvvələri_ölkə_ərazisinə_heç_bir_təcavüz_icazəsi_verməyəcəklər
İran İslam Respubliikası Ordusunun Hava Qoşunlarının komandanı imperialist ölkələrin İslam İnqilabı ilə olan 40 illik düşmənçiliklərinə toxunub. Vurğulayıb ki, İranın hərbi qüvvələri tam hazırlıqla ölkə ərazisinə heç bir təcavüz icazəsi verməyəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2020 08:59 Asia/Baku
  • İranın hərbi qüvvələri ölkə ərazisinə heç bir təcavüz icazəsi verməyəcəklər

İran İslam Respubliikası Ordusunun Hava Qoşunlarının komandanı imperialist ölkələrin İslam İnqilabı ilə olan 40 illik düşmənçiliklərinə toxunub. Vurğulayıb ki, İranın hərbi qüvvələri tam hazırlıqla ölkə ərazisinə heç bir təcavüz icazəsi verməyəcəklər.

SəhərAzəri xəbər verir, İran İslam Respubliikası Ordusunun Hava Qoşunlarının komandanı briqada generalı Əziz Nəsirzadə Fars Körfəzinin təhlükəsizlik durumunu da şərh edib. Vurğulayıb ki, İranın hərbi qüvvələri ölkə təhlkəsizliyinin qoruyucuları kimi qüdrət və ciddiliklə bu bölgədə iştirak edirlər.

İran İslam Respubliikası Ordusunun Hava Qoşunlarının komandanı söyləyib: İran İslam Respubliikası regionda/ sülhü qoruyan bir ölkə kimi iştirak edir və İranın hərbi qüvvələri öz yüksək döyüş hazırlıqları ilə düşmənə ölkə ərazisinə heç bir təcavüz icazəsi verməyəcəklər.

General Nəsirzadə həmçinin İran xalqının zalımcasına təhdidlər və sanksiyalar qarşısındakı müqavimətini hegemonçu ölkələrin İran İslam Respubliikası ilə düşmənçiliklərinin səbəbi adlandırıb.