İranın xarici işlər naziri Moskvaya daxil olub
İran İslam Respublikasının xarici işlər naziri Rusiyanın prezidenti və baş naziri ilə görüşmək məqsədilə bu gün bu ölkəyə səfər edib.
SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu səfərdə İran İslam Respublikası prezidenti Həsən Ruhaninin məktubunu Rusiya prezidenti Vladimir Putinə Təqdim etməklə yanaşı bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə Əhatəli Müştərək Təşəbbüs proqramı, regional məsələlər və ikitərəfi maraqlandıran mövzular barədə fikir mübadiləsi aparacaq.
Zərifi bu səfərdə, İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Seyid Abbas İraqçı müşayiət edir.
Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazim Cəlali iki ölkənin son dövrdəki münasibətləri haqda deyib: "Tehran və Moskva ABŞ-ın qeyri-insani və birtərəfli sanksiyalarına qarşı tamamilə həmrəydirlər.
Cəlalinin sözlərinə görə, iki ölkə rəsmilərinin iradəsi sayəsində ortaq maraqların təmin edilməsi, regional və beynəlxalq sahədə təhlükəsizlik və sabitliyin artırılması istiqamətində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
محمدجواد ظریف