Tehranda İraqın baş nazirinin rəsmi qarşılanma mərasimi olub
İran İslam Respublikası Prezidenti bu gün Tehranda İraqın baş nazirini rəsmi şəkildə qarşılayıb.
SəhərAzəri xəbər verir, Rəsmi qarşılanma mərasimində iki ölkənin himninin səsləndirilməsindən sonra İran İslam Respublikası Prezidenti Həsən Ruhani İraqın baş naziri Mustafa Əl-Kazimi fəxri qarovul dəstənin qarşısından keçiblər sonra yüksək vəzifəli nümayəndə heyətlərin üzvləri bir-birlərinə təqdim olunublar.
İran prezidenti və İraqın baş naziri rəsmi qarşılanma mərasimdən sonra ikitərəfli müzakirələrin aparılacağı məkana daxil olublar.
Müxtəlif mədəni, siyasi və iqtisadi sahələr üzrə ikitərəfli əməkdaşlıqların gücləndirilməsi və möhkəmləndirilməsi, ən vacib regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparmaq və Tehran-Bağdad münasibətlərində dinamika yaratmaq iki ölkənin yüksək rütbəli nümayəndə heyətlərinin əsas müzakirə mövzuları olacaq.
Mustafa Əl-Kazimini Tehran səfərində neft, elektrik enerjisi, maliyyə, müdafiə və səhiyyə nazirləri, həmçinin İraqın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri müşayiət edirlər.