İyul 24, 2020 15:18 Asia/Baku
  • İranın Mülki Aviasiya Təşkilatının ABŞ qırıcılarının İran təyyarəsinə təcavüzü haqda məlumatı

İranın Mülki Aviasiya Təşkilatı Beynəlxalq Mülki Aviasiya Təşkilatı- İKAO-nun Şurasından ABŞ qırıcılarının İran təyyarəsinə təcavüzü məsələsinə təcili surətdə baxmasını istəyib.

SəhərAzəri xəbər verir, İranın Mülki Aviasiya Təşkilatının İctimai Əlaqələr Şöbəsinin məlumatına görə, Amerika Birləşmiş Ştatları qırıcılarının cümə axşamı günü beynəlxalq hava dəhlizlərində, Suriya səmasında İranın Mahan şirkətinin 1152 saylı reysinə təcavüzü nəticəsində bir neçə sərnişin bədən xəsarətlərinə məruz qalıbdır.

Tehranın İmam Xomeyni hava limanından Beyruta uçan bu sərnişin təyyarəsinin pilotun, təyyarə təcavüzkar qırıcılarla toqquşmasın deyə, reaksiya göstərməsinə görə, bir neçə sərnişin yaralanıbdır.

Mahan aviaşirkətinin sərnişin təyyarəsi uçuşun təhlükəsiz olmasına əmin olduqdan və Beyrut limanına endikdən sonra bu gün səhər Tehranın İmam Xomeyni hava limanına geri dönübdür.

Bu məlumata görə, İranın Mülki Aviasiya Təşkilatı Çikaqo müahidəsinin 13-cü əlavəsnin maddələrinə əsasən, suriyalı tərəflə əlaqə quraraq, hadisənin dərhal və dəqiq şəkildə öyrənilməisini istəyib və İranın hadisələrin öyrənilməsi üzrə texniki komandası da Mahan aviaşirkətinin sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanına daxil olmasından sonrakı ilkin dəqiqələrdən hadisəni texniki cəhətdən araşdırmağa başlayıbdır.

İranın Mülki Aviasiya Təşkilatı belə qeyd edib: Bu hadisənin detalları Suriya Mülki Aviasiya Təşkilatı rəsmilərinin bəzi faktiki informasiyalarının, həmçinin hadisənin araşdırıılması prosesinə əsasən, əldə olunan məlumatlar və bütün texniki data-ların araşdırılmasından sonra yayılacaq.

İranın Mülki Aviasiya Təşkilatı amerkan qırıcıların İranın sərnişin təyyarəsinə qarşı təcavüzünü beynəlxalq hüquq normaları, həmçinin aviasiya qaydaları və standartlarının pozulmasının bariz nümunəsi adlandırıb və özünün ciddi etirazını rəsmi şəkildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası- İKAO-ya təqdim edib və bu məsələyə dərhal baxılmasını istəyibdir.

Teqlər