İranda 255 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 255 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 434 yeni koronavirus xəstəsi aşkar edilib . Onlardan min 436 nəfər xəstəxanaya yerləşdirilib, yerdə qalan xəstələrə isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 293 min 606 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 212 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on beş min 912 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyinin sözçüsü qeyd edib ki, indiyədək 255 min 144 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Dünyada koronavirusa yoluxanların sayı isə təqribən on altı milyon 445 min nəfərə çatıb. Onlardan azı 652 min nəfər həyatını itirib, on milyon nəfərdən çox insan da sağalaraq, xəstəxanalardan buraxılıbdır.