İran COVID-19-un müalicəsi üçün dərman istehsalına başlayıb
https://azeri.sahartv.ir/news/İran-i365205-İran_covid_19_un_müalicəsi_üçün_dərman_istehsalına_başlayıb
İran, COVID-19-a yoluxan xəstələrinin müalicəsi üçün "Aktemra" adlı dərmanın istehsalına başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2020 03:43 Asia/Baku
  • İran COVID-19-un müalicəsi üçün dərman istehsalına başlayıb

İran, COVID-19-a yoluxan xəstələrinin müalicəsi üçün "Aktemra" adlı dərmanın istehsalına başlayıb.

SəhərAzəri xəbər verir, Bunu İranın Qida və Dərmana Nəzarət İdarəsinin baş direktoru Heydər Məhəmmədi açıqlayıb.

Onun sözlərinə görə, "Remdesivir"dən əlavə, "Aktemra" dərmanı da yaxın iki həftə ərzində İrandakı xəstəxanalara paylanacaq.

Məhəmmədi bildirib ki, bu dərman hələ də ölkənin dərman bazarına daxil olmayıb. Daha əvvəl bu dərman məhdud miqdarda Çin tərəfindən İrana verilib. Bu dərman hələ də ölkədəki xəstəxanalarda istifadə olunur.