İyul 30, 2020 08:53 Asia/Baku
  • İran düşmənlərə sui-istifadə icazəsi verməyəcək

Sepah-ın dəniz qoşunlarının komandanı deyib ki, İranın silahlı qüvvələri nəinki Fars Körfəzində, həm də İranın heç bir nöqtəsində düşmənlərə sui-istifadə icazəsi verməyəcəklər.

SəhərAzəri xəbər verir, Kontr-admiral Əlireza Təngsiri dünən «Böyük Peyğəmbər(s.ə.s)-14» təlimlərinin yekun etapının kənarında sonra bildirib ki, Fars Körfəzi adalarını müdafiə və təhlükəsizliyi pozanlarla mübarizə təlimləri, bu təlim-məşqlərin hədəflərindəndir.

Kontr-admiral Təngsiri Sepah-ın «Böyük Peyğəmbər(s.ə.s)-14» təlimlərinin mesajını regiondakı müsəlman ölkələr üçün dostluq və inteqrasiya adlandırıb. Deyib ki, bu təlimlər dost və qonşu ölkələr üçün bir təhdid olmayıb, İranın təhlükəsizliyinə xələl gətirmək istəyənlərə bir xəbərdarlıqdır.

Fars Körfəzi, Hörmüz boğazının qərbi və Hormozqan vilayətində keçirilən bu təlimlərin mühüm nailiyyəti, ballistik raketlərin qurunun içərilərindən tamamilə kamuflyaj olunmuş formadakı uğurlu atışı olubdur ki, ehtimal olunan qarşıdurmada düşmənin kəşfiyyat təşkilatlarını ciddi problemlərlə üzləşdirəcəkdir.

Teqlər