İyul 30, 2020 19:24 Asia/Baku
  • İranda 261 mindən çox koronavirus xəstəsi sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi COVİD-19 infeksiyasına 2 min yeni yoluxma faktının qeydə alındığını, 261 mindən çox xəstənin isə bu virusdan sağaldığını bildirib.

SəhərAzəri xəbər verir, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi bu gün koronavirusla bağlı son durumu şərh edərkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində 2 min 621 nəfər koronavirusa yoluxub, onlardan min 588 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicə alaraq, evə buraxılıb.

Larinin sözləri nə görə, iranda koronavirusa yoluxanların ümumi sayı 301 min 530 nəfərə çatıb, son sutkada 226 nəfər bu xəstəlikdən hətaını itirib və beləliklə koronavirus qurbanlarının ümumi sayı 16 min 569 nəfərə yüksəlib.

Lari indiyədək 261 min 200 xəstənin müalicə olunaraq, xəstəxanadan evə buraxıldığını bəyan edib.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 17 milyon 200 min nəfərə çatıb, onlardan ən azı 670 nəfər bu virusun qurbanı olub, 10 milyon 723 nəfər isə sağalaraq, xəstəxanalardan evə buraxılıb.

Teqlər