Avq 02, 2020 20:41 Asia/Baku
  • Sepah: ABŞ və sionistlər manevrin mesajını başa düşüblər

Amerikalılar və sionistlər "Böyük Peyğəmbər(s.ə.s)-14" manevrinin mesajını çox yaxşı dərk ediblər. 

SəhərAzəri-nin məlumatına görə, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın sözçüsü general-mayor Ramazan Şərif deyib.

General-mayor Ramazan Şərif "Böyük Peyğəmbər(s.ə.s)-14" manevri üzərindən manipulyasiya etməyə çalışan tərəflərə cavab olaraq deyib: Allaha şükürlər olsun ki, İran, region və dünyanın hazırkı həssas durumuna rəğmən, düzgün proqramlaşdırma və dəqiq icra nəticəsində "Böyük Peyğəmbər(s.ə.s)-14" manevri tam uğurla keçirildi və bir çox hədəflərə nail olundu. 

Sepah-ın sözçüsü daha sonra dedi: "Böyük Peyğəmbər(s.ə.s)-14" manevri bir daha sübut etdi ki, sanksiyalar və təzyiqlər İranın hərbi-müdafiə və hücum silahları və təchizatlarının istehsalındakı hərəkətində durğunluq  yarada bilməyib. 

General-Mayor Ramazan Şərif sözlərinin davamında "Böyük Peyğəmbər(s.ə.s)-14" manevrinin region və qonşu ölkələr üçün heç bir təhdid sayılmadığını deyərək, əlavə etdi: Fars Körfəzi ölkələrinin heç biri təyyarədaşıyan gəmiyə malik deyil. Buna görə də İran silahlı qüvvələrinin hərbi təlimlərdə təyyarədaşıyan gəminin maketindən istifadə edərək, onu hədəfə almağı məşq etməsindən narahat olmağa heç bir əsas yoxdur. Bu manevrin birbaşa hədəfi təyyarədaşıyan gəmilərə malik regiondan kənar ölkələrdirlər ki, öz qanunsuz iştirakları ilə regionda gərginlik yaradırlar. 

Teqlər