İ.İ.R Prezidentinin başsağlığı müraciəti
https://azeri.sahartv.ir/news/İran-i365543-İ.İ.r_prezidentinin_başsağlığı_müraciəti
Həsən Ruhani, Beyrut limanında baş verən dəhşətli partlayışa görə başsağlığı verib, İranın Beyruta tibbi və əczaçılıq yardımı göndərməyə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2020 07:53 Asia/Baku
  • İ.İ.R Prezidentinin başsağlığı müraciəti

Həsən Ruhani, Beyrut limanında baş verən dəhşətli partlayışa görə başsağlığı verib, İranın Beyruta tibbi və əczaçılıq yardımı göndərməyə hazır olduğunu bildirib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Prezidenti livanlı həmkarına göndərdiyi mesajda, Beyrut limanında baş verən dəhşətli partlayışın və bir qrup Livan vətəndaşının ölümü və xəsarət alması ilə əlaqədar kədərləndiyini bildirərək vürğulayıb: “Tehran humanitar tədbirlərə uyğun olaraq tibbi yardımdan tutmuş, yaralıların müalicəsi və digər zəruri yardımlar göndərməyə hazırdır. Bu hadisənin ölçülərinin ən qısa müddətdə müəyyən ediləcəyinə və bu şəhərə asayişin qayıdacağına ümid etdiyini bildirir.”