Avq 12, 2020 21:41 Asia/Baku
  • Rəvançı: ABŞ geri çəkilməyə məcbur oldu

İranın BMT-dəki nümayəndəsi deyib: Təhlükəsizlik Şurası üzvlərinin etirazından sonra ABŞ İranın silah embarqosu ilə bağlı qətnamə layihəsindən çəkilməyə məcbur oldu.

SəhərAzəri xəbər verir, Məcid Taxt Rəvançı tvitində yazıb: Təhlükəsizlik Şurası üzvlərinin etirazları nəticəsində ABŞ Irana qarşı silah embarqosu layihəsindən geri çəkilməyə məcbur oldu və bu gün (ABŞ vaxtı ilə) başqa bir versiyanı irəli sürdü, belə ki 2231 saylı qətnamənin  pozulması məsələsinin üzərində dayandı. Yeni layihə də xarakteri və məqsədi ilə əvvəlki layihəyə bənzəyir. Şübhəsiz ki, şura bu layihəni də rədd edəcək.

Teqlər