Avq 14, 2020 09:51 Asia/Baku
  • Əmir Abdullahian: BƏƏ sionizmin oduna alışacaq. 

İran Parlamenti sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi BƏƏ-nin sionist rejimlə münasibətlərinin normallaşdırılmasını strateji səhv adlandıraraq deib,  bu hərəkətlə BƏƏ sionizm oduna alışacaq. 

SəhərAzəri xəbər verir, Hüseyin Əmir-Abdollahian şəxsi "Twitter" səhifəsində yazıb: BƏƏ-nin saxta və cinayətkar Sionist rejimi ilə münasibətlərini normallaşmağa meyl etməsi nəinki sülh və təhlükəsizliyin xeyrinə deyil, əksinə, sionistlərin cinayətlərinin davam etməsinə xidmət edir. Əbu Dabinin bu davranışını heç cür əsaslandırmaq olmaz və bu, Fələstin və Qüds ideallarından açıq şəkildə dönüşdür. Bu strateji səhvlə BƏƏ sionizmin alovuna alışacaq.

Teqlər