Avq 15, 2020 19:11 Asia/Baku
  • Vilayəti: BƏƏ - İsrail əlaqələrinin normallaşdırılması Tramp və Netanyahu üçün seçki hədiyyəsidir

"Birləşmiş Ərəb Əmirliklərinin İsrail ilə əlaqələrini normallaşdırması İslam Ümmətinə xəyanətdir və Əmirliklərin etdiyi hazırkı zamanda Tramp və Netanyahu üçün seçki hədiyyəsi sayılır"

Səhər Azəri bildirir ki, bu sözləri İslami Oyanış Ümumdünya Assambleyasının baş katibi Əli Əkbər Vilayəti deyib. 

Bu məlumata görə Əli Əkbər Vilayəti bir bəyanat yayaraq Əbu-Dəbinin İsrail ilə əlaqələrini normallaşdırmasını kəskin qınayıb. 

Bəyanatda deyilir: Müsəlmanların birinci qibləsinin işğal edildiyi zaman, heç kəs təsəvvür belə edə bilməzdi ki, bir gün müsəlman ərəb ölkələri bu işğalçı rejimi rəsmən tanımağa cürət və cəsarət edəcəklər. Amma, ötən 70 ilin təcrübəsi göstərdi ki, bəzi irticaçı ərəb rejimlərinin ikili rəftarları nəticəsində balaca İsrail bəzi asılı Ərəb dövlətlərini məğlub etməyi bacardı. 

Əli Əkbər Vilayəti bəyanatın davamında deyir: Aydın məsələdir ki, bu kimi xəyanətkarlığın sonu İslam Ümmətindən ucaqlaşmaq, ictimai bazanı itirmək, region xalqlarının oyanışı və sonda sionist rejimin məhvindən başqa bir şey olmayacaq.

Teqlər