Avq 16, 2020 08:20 Asia/Baku
  • Zərif: İran Fələstin xalqının mübarizəsini dəstəkləyir

İranın xarici işlər naziri Tehranın Fələstin xalqının mübarizələrinə dəstəyinin davam etdiyini vurğulayıb.

Səhər Azəri bildirir ki, Məhəmməd Cavad Zərif dünən gecə Fələstinin xarici işlər naziri Riyad Əlmaliki ilə telefon söhbətində İran İslam Respublikasının Fələstin xalqının öz hüquqlarının reallaşması istiqamətindəki mübarizələrinə olan ardıcıl dəstəyinə təkid edibdir.

İranın xarici işlər naziri həmin telefon söhbətində Fələstin xalqı və qruplarının bu yoldakı həmrəyliyini zəruri adlandırıbdır.

Riyad Əlmaliki də bu telefon danışığında İranın Fələstin xalqını himayə istiqamətindəki mövqeyini yüksək qiymətləndirib.

Fələstinin xalqı və liderlərinin öz hüquqlarının reallaşması istiqamətindəki əzmkarlıqlarını vurğulayan Əlmaliki bildiribdir ki, fələstinlilər müttəfiq şəkildə Fələstin ərazilərinin sionist rejimin işğalından azad edilməsinədək öz öhdəliklərinə sadiq qalacaqlar.

İran İslam Respublikasının xarici işlər naziri cümə günü də/ əmirliklərin sionist rejimlə biabırçı sazişinin ardınca Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əlnəxalə və Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmail Hənyə ilə telefonla söhbət etmişdi.

Teqlər