Avq 16, 2020 08:24 Asia/Baku
  • İranlı tələbələr BƏƏ-nin Tehrandakı səfirliyi önündə aksiya keçiriblər

Bir qrup iranlı tələbə Əbu-Dəbinin sionist rejimlə əlaqələrinin adiləşməsinə etiraz olaraq, əmirliklərin Tehrandakı səfirliyi önündə aksiya keçirib.

Səhər Azəri bildirir ki, əllərində plakatlar tutan iranlı tələbələr sionist rejimin regiondakı düşmənçilik siyasətlərini pisləyib, bu rejimin cinayətlərinə etiraz ediblər.

Aksiyaçılar Əbu-Dəbinin Təl-Əvivlə sazişini şeytani bir saziş adlandırıblar. Vurğulayıblar ki, əmirliklər bu sazişlə müsəlmanlar arasında mənfur olubdur.

İranlı tələbələr aksiyanın sonunda bəyanat qəbul ediblər.

Bəyanatın bir hissəsində deyilir: Bəzi yaramaz ərəb hökmranları elə biqeyrət və rəzil olublar ki, öz xəyanətlərini aşkar şəkildə və iftixarla mediayaya çıxarır və minlərlə fələstinli uşağın və gəncin qanının hədər getməsindən belə çəkinmirlər.

Teqlər