Əmirliklər sionist rejimlə əlaqələrİni yenidən nəzərdən keçirsin
Əmirliklər sionist rejimlə əlaqələrİni yenidən nəzərdən keçirsin
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, əmirliklər sionist rejimlə əlaqələrni yenidən nəzərdən keçirsin və regionun təhlükəsizliyinin zərərinə olan yolu davam etdirməsin.
Səhər Azəri bildirir ki, general-mayor pasdar Məhəmməd Baqeri son region olaylarına və Əbu-Dəbinin, münasibətlərin adiləşdirilməsi istiqamətində Təl-Əvivlə sazişinə işarə ilə deyib: Bu gün dünyanın bütün azadlıqsevərlərinin sionist rejimlə əlaqə və dostluğa nifrət etdikləri bir şəraitdə, İran İslam Respublikasının qonşularından biri tam həyasızlıqla uşaqqıran rejimlə əlaqə qurduğunu elan edir ki, bu da təəssüf doğurur.
General-mayor Baqeri bildirib ki, sionist rejim yəhud dininin qaydalarına məhəl qoymadan İslam Dünyasına və hətta sionistlərə qarşı heç bir zülmdən çəkinmir. O, sonra deyib: Bir ərəb və müsəlman ölkə kimi əmirliklər üçün belə bir rəftar qəbuledilməzdir ki, Fələstin xalqını didərgin salıb, qıran və müsəlmanların birinci qibləsinə qarşı çıxan bir rejimlə siyasi-iqtisadi əlaqələr qurur və onu əyani şəkildə elan edir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, mütləq İran İslam Respublikasının əmirliklərə münasibəti kökdən dəyişəcək.
O, sonra deyib: Əgər Fars Körfəzi bölgəsində bir hadisə baş verər və İran İslam Respublikasının milli təhlükəsizliyinə cüzi də olmuş-olsa belə, xələl gələrsə, İranın silahlı qüvvələri onda, əmirlikləri müqəssir biləcək və ona dözməyəcəkdir.