İraqçı və Şmit Vyanada bir araya gələcəklər
https://azeri.sahartv.ir/news/İran-i366654-İraqçı_və_Şmit_vyanada_bir_araya_gələcəklər
Vyana 1 sentyabrda İraqçı və Şmitin başçılıq etdiyi nüvə komissiyasının iclasına ev sahibliyi edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2020 12:12 Asia/Baku
  • İraqçı və Şmit Vyanada bir araya gələcəklər

Vyana 1 sentyabrda İraqçı və Şmitin başçılıq etdiyi nüvə komissiyasının iclasına ev sahibliyi edəcək.

Səhər Azəri bildirir ki, İran xarici işlər nazirinin müavini Abbas İraqçı və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin müavini Helqa Şmitin sədrliyi ilə nüvə komissiyasının növbəti iclası keçiriləcək. 

Bu məlumata görə, Vyana iclasında 4+1 qrupuna üzv ölkələrin (Çin, Rusiya, Fransa, Britaniya və Almaniya) nümayəndələri də iştirak edəcək. 

Nüvə komissiyasının növbəti iclası ABŞ-ın İran əleyhinə qətnamə layihəsinin Təhlükəsizlik Şurasında fiaskoya uğramasının ardınca keçirilir.