İslam İnqilabının Böyük Rəhbəri:
“BƏƏ İslam dünyası və Fələstinə xəyanət etdi”
İslam İnqilabının böyük rəhbəri Birləşmiş Ərəb Əmirliklərinin sionist rejimlə münasibətlərin normallaşdırmasına dair hərəkətini İslam dünyası, ərəb dünyası, region ölkələri və önəmli olan Fələstin məsələsinə xəyanət kimi dəyərləndirib.
SəhərAzəri xəbər verir, İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullahulüzma Xamenei bu gün səhər saatlarında İranın Təhsil Nazirliyinin 34-cü iclasında bu nazirliyin rəhbərləri, direktorları, direktor müavinləri və nazirləri ilə videokonfrans formatında keçirilən görüşündə, BƏƏ ilə sionist rejimin razılaşmasına işarə edib və buyurublar: "Bu vəziyyət çox sürməyəcək, Lakin onun rüsvayşı damğası Fələstinin qəsb edilməsini və bu ölkə xalqının didərgin düşməsini unudub, sionistlərin ayağını regiona açanların alnında həmişəlik qalacaqdır".
Həzrət Ayətullahulüzma Xamenei bəyanatlarının digər bir hissəsində qərblilərin öz həyat tərzlərini digər ölkələrə qəbul etdirmək üçün onların təhsil sisteminə nüfuz etmə cəhdlərinə işarə edərək, Yuneskonun 2030 sənədini bu cəhdlərin bir nümunəsi kimi dəyərləndiriblər və deyiblər: "Bu gün Qərbin sosial fəlsəfəsi Qərbin özündə iflasa uğrayıbdır və onun fəsadlarının təzahürləri Holly Wood-dan tutmuş Pentaqona qədər hər yerdə özünü göstərməkdədir".
İslam İnqilabının böyük rəhbəri düşmənin sızma cəhdlərinə həssaslıqla yanaşmanın vacibliyini vurğulayaraq, qeyd ediblər ki, Düşmən hərbi yolla əldə edə bilmədiyini nüfuz etmə və 2030 sənədi kimi yollarla, həmçinin xalqların talan edilməsinə yol açmaq üçün onlar kimi düşünən və onların əməliyyat hədəflərini yerinə yetirən insanlar yetişdirməklə, əldə etmək niyyətindədir.
Həzrət Ayətullahulüzma Xamenei, həmçinin İran xalqının Məhərrəm ayının ilk ongünlüyündə əzadarlığını bu ölkə tarixində bir fenomen kimi dəyərləndiriblər və əlavə ediblər: "Koronavirusun yayılması ilə əlaqədar tətbiq olunan ciddi məhdudiyyətlərə baxmayaraq, xalq, natiqlər və növhəxanlar möhtəşəm və mənəvi məclislər təşkil edərək, İmam Hüseynin (ə) şövqünü qorumaqla bərabər səhiyyə protokollarına da riayət etdilər və mən əhlibeytin (ə) müridlərindən biri kimi bütün əzizlərimə səmimi qəlbdən təşəkkür edirəm.