Sen 02, 2020 14:02 Asia/Baku
  • Amerikanın nüvə anlaşmasının imtiyazlarından istifadə üzrə səyi gülməlidir

İran prezidenti Amerikanın nüvə anlaşmasından çıxsa da onun imtiyazlarından istifadə üzrə səyini gülməli məsələ adlandırıb.

SəhərAzəri xəbər verir, Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında Amerikanın İrana qarşı təzyiq istiqamətindəki hərəkətlərinə işarə ilə deyib: Nüvə anlaşmasının maddələrindən olan İran əleyhinə silah sanksiyalarının bitməsi amerikalılara çox ağır gəlir; buna görə, onlar bu sahədə bir qətnamə qəbul etdirmək istəyirdilər ki, Təhlükəsizlik Şurasının on üç üzvü Amerikanın qətnaməsi qarşısında dayandı.

Ruhani həmçinin nüvə anlaşması üzrə müştərək komissiyanın Vyana iclasına toxunaraq, söyləyib: Bu komissiyanın üzvləri açıq şəkildə bildirdilər ki, nüvə anlaşmasının kənarındadırlar və Amerikanın bu anlaşmadan sui-istifadə etmək haqqı yoxdur.

İran İslam Respublikasının prezidenti qeyd edib ki, bu gün BMT Təhlükəsilzik Şurasında da Tehranın bu sahədəki baxışı barədə fikir birliyi var; bu da İran üçün digər bir böyük qələbə olacaq və Amerika bu etapda da məğlub olacaqdır.

Teqlər