Sen 03, 2020 15:08 Asia/Baku
  • İranın istehsal dövriyyəsi dayanmayacaq

İranın müdafiə naziri deyib ki, ölkənin istehsal dövriyyəsi dayanmayacaq.

SəhərAzəri xəbər verir, Briqada generalı Əmir Hatəmi vurğulayıb: İran İslam Respublikasının Silahlı Qüvvələri düşmənlərə və hegemonçuluq sisteminə iqtisadi halqanı daraltmaqla ölkənin istehsal dövriyyəsini dayandırmaq icazəsi verməyəcək.

İranın müdafiə naziri bu gün Tehranda müdafiə nazirliyinin yerli detalların düzəldilməsi hərəkatı sərgisinin açılışı mərasimində sonra bildirib ki, bu sərgi hegemonçuluq sistemindən hər cür asılılığın aradan götürülməsinin, qəddarcasına sanksiyaların sındırılması sahəsində böyük uğurun və detaldüzəltmə sahəsində İran silahlı qüvvələrinin qabiliyyətinin nümayişidir.

General Hatəmi söyləyib: İranın silahlı qüvvələri və müdafiə nazirliyi İran İslam Respublikasının çəkindiricilik qüdrətinin qorunması və yüksəldilməsində daxilə baxış, özünə söykənmə və özünəinamın önkeşikçisidir.

İran Müdafiə Nazirliyinin yerli detalların düzəldilməsi hərəkatının sərgisində hərbi və mülki sahələrdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin nailiyyətlərindən iki min detal nümayiş etdirilir.

Teqlər