İran səfiri öz etimadnaməsini Azərbaycan Respublikası prezidentinə təqdim edib
İranın Bakıdakı yeni səfiri öz etimadnaməsini Azərbaycan Respublikasının prezidentinə təqdim edib.
SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Bakıdakı yeni səfiri Seyyid Abbas Musəvi dünən tvitter-də öz etimadnaməsini İlham Əliyevə təqdim etməsinə işarə ilə yazıb: Azərbaycan Respublikası prezidenti bu səmimi və uzun sürən görüşdə Tehran-Bakı əlaqələrinin hərtərəfli şəkildə genişləndirilməsi və yüksəldilməsi üzrə əzmkarlığını göstərdi.
Musəvi sonra bildirib: Bütün İran rəsmilərinin iradəsi heç bir məhdudiyyət olmadan Tehran ilə Bakı arasında yüksək səviyyəli əlaqələrə söykənir.
Bundan öncə İranın Bakıdakı yeni səfiri öz etimadnaməsinin üzünü Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova təqdim etmiş və tərəflər bu görüşdə Tehran-Bakı əlaqələrinin daha da genişləndirilib, dərinləşdirilməsi yolları və müxtəlif cəhətləri ətrafında fikir mübadiləsi aparmışdılar.
Seyyid Abbas Musəvi cari ilin 21 avqustunda Azərbaycan Respublikasının paytaxtı Bakıya daxil olaraq, İran İslam Respublikasının bu ölkədəki yeni səfiri kimi fəaliyyətə başlayıbdır.