İranda 340 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
https://azeri.sahartv.ir/news/İran-i367145-İranda_340_min_nəfərdən_çox_koronavirus_xəstəsi_sağalıb
İranın səhiyyə nazirliyi ölkədə 340 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2020 14:52 Asia/Baku
  • İranda 340 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi ölkədə 340 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda iki min 63 yeni COVID-19 xəstəsi aşkar edilib. 1041 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 395 min 488 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 129 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 22 min 798 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 340 min 842 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.