İran nüvə anlaşması qarşısındakı öhdəliklərinin icrasını dondurur
Fordo nüvə mərkəzində 1000 sentrifuqa ilə zənginləşdirmə
İranın Atom Enerjisi Təşkilatının direktoru Tehranın nüvə anlaşması qarşısındakı öhdəliklərinin azaldılması istiqamətində addımların atılmasına işarə edərək, deyib: Fordo nüvə mərkəzində 1044 sentrifuqa ilə uranın zənginləşdirilməsi həyata keçirilir.
Səhər Azəri bildirir ki, İranın Atom Enerjisi Təşkilatının direktoru Əli Əkbər Salehi bunu bazar günü elan edib.
Əli Əkbər Salehi nüvə anlaşması qarşısındakı öhdəlklərin azaldılması istiqamətində dördüncü addımın İran İslam Respublikası tərəfindən tam formada həyata keçirilməsindən xəbər verib və deyib: İran ehtiyac duyduğu miqdarda uranı zənginləşdirməklə məşğuldur və zənginləşdirilmiş uran anbar ediləcəkdir.
Salehi İran ilə dünya imperializmi arasındakı problemlərə işarə edərək, əlavə edib: İran İslam Respublikası İslam İnqilabının qələbə çaldığı ilk gündən bu problemlərlə üz-üzə olub və zamanla bu problemin bəhanəsi nüvə məsələsinə qədər uzandı. Amma, Tehran bu çəkişmənin sonunda ABŞ-ı təcrid etməyi bacardı. Və bu İran İslam Respublikası üçün böyük bir nailiyyətdir.
İran 8 may 2019-cu il tarixində, ABŞ-ın nüvə anlaşmasını tərk etməsinin birinci ildönümündə, ABŞ-ın nüvə anlaşmasından çıxmasının mənfi təsirlərinin azaldılması istiqamətində Avropa tərəfindən irəli sürülən təkliflərin yetərsizliyinin sübut olmasının ardınca nüvə anlaşmasının 26 və 36-cı bəndlərinə istinadla anlaşma qarşısındakı bir sıra öhdəliklərin icrasını donduracağını elan etdi.
İranın nüvə anlaşması qarşısındakı öhdəliklərinin icrasını dondurması 5 mərhələyə malikdir. Uranın zənginləşdirilməsi faizinin 3.67-dən artırılması, zənginləşdirilmiş uran ehtiyatının çoxaldılması, uranın zənginləşdirilməsi ilə bağlı bütün elmi araşdırmaların dayandırılmasına dair öhdəliklərin dondurulması, zənginləşdirmə prosesinin bərpa edilməsi, Fordo nüvə mərkəzində uranın istehsalı prosesinin bərpası habelə, sentrifuqaların sayına dair məhdudiyyətin ləğvi İran tərəfindən elan olunmuş 5 mərhələli prosesi təşkil edir.