Sen 14, 2020 14:33 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə əzadarlıq mərasimi keçirilib

İslam İnqilabının böyük rəhbərinin iştirakı ilə dünya şiələrin dördüncü İmamı, İmam Səccad (ə)-ın şəhadətinin ildönümü münasibəti ilə əzadarlıq mərasimi keçirilib.

Səhər Azəri bildirir ki, İnqilab Rəhbərinin iştirakı ilə dünya şiələrin dördüncü İmamı, İmam Səccad (ə)-ın şəhadətinin ildönümü münasibəti ilə imam Xomeyni (r.ə) adına hüseyniyyədə əzadarlıq mərasimi keçirilib.

Bəzi rəvayətlərə görə, bu gün 1442-ci hicri qəməri ili Məhərrəm ayının 25-i, 2020-ci miladi ili sentyabrın 14-ü İmam Hüseyn(ə)-ın "səccad" ləqəbli övladı və Allah Rəsulunun (s.ə.s) pak nəvəsi, İmam Zeynül-Abidin(ə)-ın şəhadətinin ildünümü günüdür.

İmam Zeynül-Abidin şiələrin dördüncü İmamı 38-ci hicri qəməri ili Mədinə şəhərində dünyaya göz açıb. O, Həzrət elə bir dönədə yaşıyıbdır ki, İslam peyğəmbəri (s.ə.s) əhli-beytinə çox çətin keçirdi.

Kərbəla hadisəsində xəstə yatağında olan İmam Səccad (ə) İmam Hüseynin (ə) böyük hərəkatından sonra Aşura hadisəsinin müraciətini yaymaq və əziz atasının yolunu davam etdirməkdə ağır məsuliyyəti üzərinə götürbdür və bu qiyamın mahiyyəti və əhəmiyyətinin göstərilməsi istiqamətində böyük səy göstərib.

Şiələrin dördüncü İmamı İslam mədəniyyəti və sivilizasiyasının əsasının qoyulmasında və əsl Quran təlimlərinin yayılmasında da səy göstərib və özünəməxsus müdrikliyi ilə Quran və İslam Peyğəmbəri(s.ə.s)-in sünnəsini qorumaq üçün müsəlman alimlər yetişdirib.

O Həzrət layiq insanları toplayaraq, onlara dini təlimlər keçirdi belə ki, tarixin rəvayətinə əsasən, o Həzrətin görkəmli şagirdləri 170 nəfərdən çox olubdur.

İmam Səccadın (ə) müsəlmanlar üçün digər bir dəyərli irsi də "Səhifeyi-Səccadiyyə" adlı bir kitabdır. Baxmayaraq ki, bu kitab dua və Allaha yalvarışlardan ibarət bir kitabdır, Lakin bir çox İslam, irfan və əxlaq elmləri və maariflərini, dini ehkam və qanunları, həmçinin həssas siyasi, sosial, əxlaqi və tərbiyəvi məsələləri də özündə ehtiva edibdir.

Səhər Azəri kanalının redaksiyası adından İmam Səccadın (ə) şəhadətinin ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarına, xüsusilə şiələrə başsağlığı veririk.

Teqlər