Sen 15, 2020 17:36 Asia/Baku
  • Tehrandakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası

Bu gün, çərşənbə axşamı, İranlı tələbələr, Tehrandakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

SəhərAzəri xəbər verir, İranlı tələbələr, Sionist rejimin hərəkətləri barədə xəbərdarlıq edərək, işğal olunmuş ərazilərdə Ermənistan səfirliyinin açılmasına etiraz edib, İrəvanı sionist rejimlə münasibətlərinə yenidən baxmağa çağırıblar. Bu, İranlıların Ermənistan səfirliyi qarşısında keçirdiyi ikinci etiraz aksiyasıdır.
Etirazçılar Qüdsdəki işğalçı rejimlə hər hansı bir uzlaşmanı regional təhlükəsizliyə xəyanət hesab edərək onu qınayıblar. Ayrıca, Sionist rejim bayrağının yandırılmasından sonra tələbələrin bəyanatı oxunub.
Bəyanatın bir hissəsində bildirilir: Biz tələbələr; 85 milyondan çox İranlının oyaq nümayəndəsi olaraq, bu gün burada Ermənistan səfirliyi qarşısında elan edirik ki Ermənistanın bu qərarına yenidən baxması lazımdır və səfirini geri çağıraraq, məşum sionist rejimlə səfir mübadiləsində xoşagəlməz bir hərəkətin qurucusu olmamalıdır və İslam dünyasının qəlbində bu məşum ağacı gücləndirməməlidir. Əks təqdirdə, günahın ortağı olacaqdır. Başqa təqdirdə, bu cinayətkarların ayaqlarını öz torpaqlarına açsa; Gecə-gündüz onların pis fitnələrini gözləmək məcburiyyətində olacaq ki bu da İranla dinc və sülh sevər münasibətləri pozan minlərlə fitnədən ibarət olacaq.

Teqlər