Sen 15, 2020 20:08 Asia/Baku
  • İranda 349 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi ölkədə 349 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda iki min 705 yeni COVID-19 xəstəsi aşkar edilib. 1299 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 407 min 353 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 140 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 23 min 453 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 349 min 984 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər