İranda 367 mindən çox xəstə koronavirusdan sağalıb
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi, İranda 367 mindən çox xəstənin koronavirusdan sağaldığını bildirib.
SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində 3 min 521 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb.
Larinin sözlərinə görə, İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 436 min 319 nəfərə çatıb. Son sutkada 175 nəfər bu virusdan dünyasını dəyişib, beləliklə də koronavirus qurbanlarının ümumi sayı 25 min 15 nəfərə yüksəlib.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi indiyədək 367 min 829 koronavirus xəstəsinin müalicə olunaraq, xəstəxanalardan evə buraxıldığını bildirib.