Sen 25, 2020 13:04 Asia/Baku
  • İranda ilk tam yerli neft emalı zavodunun quraşdırılmasına başlanıldı

İranın cənubunda ilk tam İran neft emalı zavodu tikilir

Səhər azəri xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının iştirakı ilə İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərində tam İran neft emalı zavodunun tikintisi başlanıb.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor Hoseyn Səlami dünən Bəndər-Abbas şəhərində tam İran neft emalı zavodunun tikintisinin başlanması mərasimində deyib ki, bu neft emalı zavodunun inşası ilə ölkənin özünütəmin və iqtisadi istiqlaliyyəti formalaşacaqdır.

General-mayor Səlami Amerikanın İrana qarşı sanksiyalarına işarə ilə söyləyib: İslam İnqilabı Keşikçiləri Korpusu Xatəmulənbiya(s.ə.s.) quruculuq qərargahı strukturu ilə İranın 220-dən çox iri infrastruktur layihəsini icra etməkdədir və sanksiyalara rəğmən, layihələrdən heç birinin dayanmasına icazə verməyəcək və keçmişdə olduğu kimi, düşmənə qalib gələcəkdir.

İlk İran neft emalı zavodu gündə 120 min barrel qaz konsendatları istehsalı həcmi ilə Cənubi Pars bloklarının təkmilləşdiricisi olaraq, neft-kimya sənayesi, yuyucu maddələr və toxuculuq sənayesi xammallarını istehsal edəcək.

Teqlər