Sen 28, 2020 09:19 Asia/Baku
  • Zərif azərbaccanlı və erməni həmkarlarlarına telefonla zəng edib; dərhal atəşkəsə çağırıb

İran İslam Respublikasının xarici işlər naziri ilə azərbaycanlı və erməni həmkarları arasında ayrı-ayrılıqda telefon danışığı zamanı İran İslam Respublikasının atəşkəsin bərqərar edilməsi, danışıqların başlanması və tərəflər arasında sülh və sakitliyin bərqərar olunması üçün bütün imkanlarından istifadə etməyə hazır olduğu bildirilib.

SəhərAzəri xəbər verir, Ermənistanla Azərbaycan Respublikası arasında hərbi toqquşmaların baş verməsi fonunda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə azərbaycanlı və erməni həmkarlarına ayrı-ayrılıqda telefonla zəng edib.

Zərif Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakaniyan, həmçinin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı bölgədəki son vəziyyətlə tanış olduqdan sonra hazırkı vəziyyətdən narahatlıq ifadə edib. O, tərəfləri təmkinli olmağa, atəşkəsə riayət etməyə və hərbi əməliyyatları dərhal dayandırmağa, həmçinin beynəlxalq hüququn normaları çərçivəsində danışıqlara başlamağa çağırıb.

Teqlər