Vəliyye Fəqihin nümayəndələrinin Qarabağ münaqişəsi barədəki mühüm bəyanatı
https://azeri.sahartv.ir/news/İran-i367867-vəliyye_fəqihin_nümayəndələrinin_qarabağ_münaqişəsi_barədəki_mühüm_bəyanatı
Vəliyye Fəqihin İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri Qarabağ münaqişəsi barədə mühüm bəyanat yayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2020 05:02 Asia/Baku
  • Vəliyye Fəqihin nümayəndələrinin Qarabağ münaqişəsi barədəki mühüm bəyanatı

Vəliyye Fəqihin İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri Qarabağ münaqişəsi barədə mühüm bəyanat yayıblar.

SəhərAzəri xəbər verir, Cənablar Seyyed Mohəmmədəli Ale-Haşem, Seyyed Mehdi Qoreyşi, Seyyed Həsən Amili və Əli Xatəmi bu birgə bəyanatda bildiriblər: Qarabağın Azərbaycana aid olması, onun işğal edilməsi və bu ərazilərin Azərbaycana geri qaytarılması vacibliyi barədə heç bir tərəddüd yoxdur. Azərbaycan Respublikası hökuməti bu ərazilərin geri alınması məsələsində tamamilə qanuni və şəri şəkildə hərəkət edib və bu addımla, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etmək niyyətindədir.

Vəliyye Fəqihin İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki möhtərəm nümayəndələri sonra bildiriblər: Azərbaycan Respublikası xalqı bilir ki, İran İslam Respublikası Qarabağın işğalı boyu həmin respublikaya ən yüksək yardım göstərərək, dəstək verib; bütün beynəlxalq dairələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edib. İranın Xarici İşlər Nazirliyi də son hadisələr zamanı bir daha Azərbaycan Respublikasının ərazi bütövlüyünə təkid edibdir.

Bəyanatda vurğulanır: Təəssüfləndirici haldır ki, son vaxtlar düşmənlər iki dost ölkənin əlaqəsini pozmaq üçün puç bəhanələrlə hay-küy və qalmaqal qopararaq, və İran İslam Respublikasını xəyanətdə ittiham edirlər. Bu cəhət tələb edir ki, biz düşmənlərin psixoloji savaşının həcminə həssas olaraq, onların nəhs niyyətlərinin həyat keçməsi üzrə vasitə olmayaq.

Biz son qələbələri yüksək qiymətləndirərək, Allah-Taaladan böyük Azərbaycan Respublikası xalqının şəhidləri üçün yüksək dərəcələr diləyir və ümid edirik ki, bu məsələ tez bir zamanda haqqın haqq sahibinə verilməsilə başa çatacaq və daha çox qan axıdılmasının qarşısı alınacaq.