İran Bakı-İrəvan ixtilaflarını həll etməyə hazırdır
İran prezidenti Ermənistanla Azərbaycan Respublikası arasındakı döyüşlərin tez bir zamanda başa çatmasını istəyib.
SəhərAzəri xəbər verir, İran İslam Respublikasının prezidenti deyib ki, İran Bakı-İrəvan ixtilaflarını beynəlxalq qanun və hüquqlar əsasında həll etməyə hazırdır.
Həsən Ruhani İlham Əliyevlə telefon əlaqəsində digər ölkələrin Qarabağ münaqişəsinə ehtimal olunan müdaxilələri və bu qarşıdurmanın regional bir müharibəyə çevrilməsindən nigarançılıq ifadə edib. Bildirib ki, bölgənin, xüsusən İranın şimal sərhədlərinin təhlükəsizliyi, sabitliyi və asayişi Tehran üçün olduqca mühümdür və bu münaqişə və sərhədlərdə əmin-amansızlığın davam etməsi, bəzi terror qruplarının nüfuzuna zəmin yaratmamalıdır.
Azərbaycan Respublikası və Ermənistanın qonşuluğunda yerləşən İran kəndlərinin sakinlərinin həyatlarının qorunmasına və sərhədlərin təhlükəsizliyinə riayətə təkid edən Ruhani iki ölkənin sərhəd döyüşlərinin şəhərlər savaşına genişlənməsindən nigarançılıq ifadə edib. Deyib ki, bu savaş və döyüşlər şəhərlər savaşına gətirib çıxarmamalıdır ki, onun kənarında insanların didərgin düşmələri və mülki vətəndaşların öldürülmələrinə gətirib çıxaracaq; bu da ços ağrılı və təhlükəlidir.
Azərbaycan Respublikası prezidenti də İran prezidenti ilə danışıqdan razılıq edib. Tehranın konstruktiv mövqelərinə, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və Qarabağ münaqişəsinin həllinə təkid etməsinə görə təşəkkür edib.
İlham Əliyev İran prezidentinin sərhədlərin təhlükəsizliyi və bölgənin təhlükəli olacağı təqdirdə terror qruplarının nüfuz etmələri ehtimalından nigaran olmasının dərkediləsi olduğunu vurğulayıb. Deyib ki, Azərbaycan Respublikası bu münaqişənin qonşu ölkələrdə əmin-amansızlığa səbəb olmasına icazə verməyəcəkdir.
Azərbaycan Respublikası prezidenti regionda terrorizmlə mübarizəni Tehran-Bakı əməkdaşlığı zəminlərindən adlandırıb. Qeyd edib ki, bölgədə sülh, sabitlik və asayişin qorunması vacibdir və hamı onun reallaşmasına səy göstərməlidir.