Bütün İranda şəhidlər ağasının ərbəin mərasimi keçirilib
Bu gün bütün İranda şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-ın və onun sədaqətli köməkçilərinin şəhadətlərinin ərbəini mərasimi keçirilib.
SəhərAzəri xəbər verir, Bu gün 1442-ci hicri qəməri ili səfər ayının iyirmisi, 2020-ci il oktyabrın səkkizi, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının ərbəini günüdür.
Şəhidlər ağası Həzrət İmam Hüseyn(ə)-ın və onun sadiq köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının ərbəini mərasimi bu il İranda səhiyyə protokollarına riayətə əsasən, fərqli şəkildə keçirilibdir.
Tehran əhalisindən bir qrupu ərbəin ziyarətini öz avtomobillərinin kütləvi hərəkətilə icra edib. Digər bir qrup isə mənzillərdə Hüseyn(ə) bayraqları ilə şəhidlər ağası və onun sədaqətli köməkçiləri üçün əzadarlıq edibdir.
Mənzillərin damlarında əzadarlıq, bütün İranda İmam Hüseyn(ə) əzadarlığı mərasimlərinin keçirilməsinin digər üsullarındandır.
Bu il koronavirus pandemiyasına görə, İmam Hüseyn(ə) vurğunları əzəmətli ərbəin yürüşündə iştirakdan məhrum oldular və tövsiyə edildi ki, ailələr mənzillərdə səhiyyə protokollarına riayətlə ərbəin ziyarətini oxusunlar.