Beynəlxalq Əl- Mustafa Universiteti Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edib
https://azeri.sahartv.ir/news/İran-i368198-beynəlxalq_Əl_mustafa_universiteti_azərbaycanın_işğal_olunmuş_ərazilərinin_boşaldılmasını_tələb_edib
Müqəddəs Qum şəhərində yerləşən Beynəlxalq Əl- Mustafa Universiteti Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə bağlı bəyanat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2020 07:22 Asia/Baku
  • Beynəlxalq Əl- Mustafa Universiteti Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edib

Müqəddəs Qum şəhərində yerləşən Beynəlxalq Əl- Mustafa Universiteti Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə bağlı bəyanat verib.

SəhərAzəri xəbər verir, Bəyanatda deyilir: Universitet özünə borc bilir ki, beynəlxalq hüquq normalarına əsasən, işğal olunmuş Qarabağ bölgəsində Azərbaycan Respublikasının hakimiyyət haqqını dəstəkləsin. Təkidlə vurğulayır ki, ədalətli və davamlı sülh yalnız işğal olunmuş ərazilərin boşaldılması və qaçqınların qəsb olunmuş ərazilərinə qayıtması ilə əldə oluna bilər.

Bu baxış eynilə işğal olunmuş Fələstində də ədalətli sülh üçün gərəklidir. Qəsbkar sionist rejim tərəfindən işğalın sonlanması və Fələstinin həqiqi sahiblərinin öz torpaqlarına qayıtması ilə əldə oluna bilər. Biz Fələstində edilən işğalçılığı pislədiyimiz və tənqid etdiyimiz kimi, Qarabağın işğalını da pisləyirik. Beynəlxalq qurumlardan istəyirik ki, əllərində olan vasitələrdən istifadə edərək işğalçı tərəfi Azərbaycanın hakimiyyət hüququnu tanımağa və işğalçılığa son qoymağa məcbur etmək üçün addım atsınlar.

Universitet sonda bu münaqişədə şəhid olmuş şəxslərin pak ruhlarına salam göndərib və Allahdan haqq cəbhəsinə yardım və qələbə diləyibdir.