Parsabadda İslamın şəhid əsgəri Əli Bayraminin dəfn mərasimi keçirilib
İslamın şəhid əsgəri Əli Bayraminin pak cənazəsi bu gün Muğanın Parsabad rayonunda müşayiət olunaraq, dəfn edilib.
SəhərAzəri xəbər verir, Mərasimdə Ərdəbil vilayətinin rəsmiləri və əhalinin müxtəlif təbəqələri iştirak ediblər.
Şəhidin cənazəsi Parsabad sərhəd alayının qarşısından və hərbi hörmət mərasiminin icra olunması ilə keçirilib. Şəhidin cənazəsi Parsabadın inqilabçı əhalisinin ciyinlərində rayonun son mənzil məkanınadək aparılaraq, dəfn olunub.
Şəhid Bayrami ötən cümə günü Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərində islami vətənin sərhədlərini qoruyarkən və tapşırıq yerinə yetirərkən «PJAK» qruplaşmasının amilləri tərəfindən şəhid edilib.
Ailənin ikinci oğlu olan bu iyirmi yaşlı şəhid cari ilin aprel-may aylarında müqəddəs əsgərlik xidmətinə göndərilmişdi.
Vəliyye Fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Seyyed Həsən Ameli və Ərdəbil valisi Əkbər Behnamcu ayrı-ayrı müraciətlərdə vətən müdafiəçisi olan bu əsgərin şəhadəti münasibətilə başsağlığı veriblər.