10 il qəddarcasına sanksiya gələn bazar günü aradan götürüləcək
İran İslam Respublikasının prezidenti bildirib ki, oktyabrın 18-i, İrana qarşı silah sanksiyasının bitdiyi gündür.
SəhərAzəri xəbər verir, Həsən Ruhani vurğulayıb ki, 10 il qəddarcasına sanksiya gələn bazar günü aradan götürüləcək.
İran prezidenti bu gün nazirlər kabinetinin iclasında bildirib ki, Tehran bu məsələ üstündə Amerika ilə mübarizə apardı. O, deyib: Amerika dörd ildir çalışır ki, İrana qarşı qəddarcasına silah sanksiyasının aradan qaldırılması baş verməsin, amma oktyabrın 18-də Amerika bir daha məğlub olacaqdır.
Qəddarcasına silah sanksiyasının aradan qaldırılmasının İran xalqının müqavimətinin nəticəsi olduğunu vurğulayan Ruhani bildiribdir ki, bazar günündən İran istədiyi kəsdən silah satın ala və istədyi kəsə silah sata bilər.
İran İslam Respublikasının prezidenti Amerikanın ardıcıl məğlubiyyətlərinə də işarə edib. Bildirib ki, Amerika bütün hallarda, o sıradan İran, Fələstin, İraq və Suriya xalqlarının qarşısında məğlub olub və bir dənə də olsun belə, uğur qazanmayıbdır.
İran İslam Respublikasının prezidenti həmçinin dövlətin Amerikanın sanksiyaları ilə mübarizə üzrə tədbirlərinə işarə ilə söyləyib: Son bir ayda İranın qeyri-neft ixracatı ondan öncəki ayın müvafiq dövrü ilə müqayisədə 25 faiz artıb və bu istiqamətdə inkişaf tempi başlanıbdır.
«İranda sərmayə yatırımı üzrə xahişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz artımdan xəbər verir» deyən İran prezidenti vurğulayıbdır ki, İranın xalqı və məsul şəxsləri bir-birilərinin kənarında düşmənləri məğlub etməklə yanaşı, koronavirusla mübarizədə, iqtisadi fəaliyyətlər və istehsalda da müvəffəq olacaqlar.