İİR Ordusu təyyarələrinin «Vilayət səmasının müdafiəçiləri-99» təlimlərində təsirli iştirakı
https://azeri.sahartv.ir/news/İran-i368736-İİr_ordusu_təyyarələrinin_vilayət_səmasının_müdafiəçiləri_99_təlimlərində_təsirli_iştirakı
İran İslam Respublikası Ordusu təyyarələrinin «Vilayət səmasının müdafiəçiləri-99» təlimlərində təsirli iştirakı olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 22, 2020 16:10 Asia/Baku
  • İİR Ordusu təyyarələrinin «Vilayət səmasının müdafiəçiləri-99» təlimlərində təsirli iştirakı

İran İslam Respublikası Ordusu təyyarələrinin «Vilayət səmasının müdafiəçiləri-99» təlimlərində təsirli iştirakı olub.

SəhərAzəri xəbər verir, İran ordusunun hava qüvvələrinin komandanı bu qüvvələrin təyyarələrinin «Vilayət səmasının müdafiəçiləri-99» adlı hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış hərbi təlimlərdəki iştirakını təsirli və faydalı adlandırıb.

Briqada generalı Əziz Nəsirzadə bu barədə belə deyib: İran İslam Respublikası Ordusunun hərbi hava qüvvələrinin qırıcı və izləyici təyyarələrinin hücumçu qüvvələr formasında iştirakı və taktiki-müdafiə addımları bu qüvvələrin F-4, F-14 və pilotsuz təyyarələrinin həmin hərbi təlimlərdə həyata keçirəcəkləri planlardan idi.

Ordu ilə Sepah arasında birgə formada keçirilən «Vilayət səmasının müdafiəçiləri-99» adlı hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış hərbi təlimləri İran hava hücumundan müdafiə qərargahının əməliyyat nəzarəti və istiqamətləndirməsi ilə dünəndən etibarən, ölkənin yarısından çox olan bir miqyasda başlanıb.