Rəsmi Bakı İnqilab Rəhbərinin Qarabağ barədəki bəyanatına görə təşəkkür edib
https://azeri.sahartv.ir/news/İran-i369160-rəsmi_bakı_İnqilab_rəhbərinin_qarabağ_barədəki_bəyanatına_görə_təşəkkür_edib
İranın Bakıdakı səfiri bir tvitter mesajında vurğulayıb ki, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini İslam İnqilabının Böyük Rəhbərinin Qarabağ münaqişəsi barədəki bəyanatına görə təşəkkür edib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 03, 2020 17:29 Asia/Baku
  • Rəsmi Bakı İnqilab Rəhbərinin Qarabağ barədəki bəyanatına görə təşəkkür edib

İranın Bakıdakı səfiri bir tvitter mesajında vurğulayıb ki, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini İslam İnqilabının Böyük Rəhbərinin Qarabağ münaqişəsi barədəki bəyanatına görə təşəkkür edib.

SəhərAzəri xəbər verir, İranın Azərbaycan Respublikasındakı səfiri Seyyed Əbbas Mousəvi bu gün bir tvittdə yazıb: İslam İnqilabının Böyük Rəhbərinin Qarabağdakı cari böhran barədə bu gün verdikləri bəyanatın ardınca Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov bir telefon əlaqəsində bu mühüm və ədalətli bəyanata görə, Azərbaycan Respublikasının hökuməti və xalqının minnətdarlığını bildirib və iki qonşu ölkənin dostluq və qardaşlığına təkid edib.