Noy 04, 2020 08:31 Asia/Baku
  • İnqilab Rəhbərinin bəyanatı Azərbaycan Respublikası medialarında

İslam İnqilabının Böyük Rəhbərinin Ermənistanla Azərbaycan Respublikası arasında gedən müharibə barədəki bəyanatı bu ölkə medialarında geniş rəğbətlə qarşılanıb.

SəhərAzəri xəbər verir, APA xəbər agentliyi bildiribdir ki, İslam İnqilabının Böyük Rəhbəri bir televiziya çıxışında Ermənistanla Azərbaycan Respublikası arasında gedən son müharibəyə işarə edib və bu məsələnin regionun təhlükəsizliyini hədələyən kədərli bir hadisə olduğunu vurğulayaraq, deyibdir ki, həmin hərbi döyüşlər tez bir zamanda bitməlidir. Əlbəttə, Azərbaycan Respublikasının Ermənistan tərəfindən ələ keçirilmiş bütün torpaqları azad olaraq Azərbaycana qayıtmalıdır.

Çox sayda izləyicisi olan rusdilli «Haqqın.az» xəbər portalı da yazıb: Həzrət Ayətullah Xamenei vurğulayıbdır ki, Ermənistan işğal olunmuş bütün əraziləri Azərbaycan Respublikasına geri qaytarmalıdır.

«Bakı-Xəbər» və «Yeni Müsavat» qəzetləri, «Report» və «Strateq.az» xəbər portalları da öz məlumatlarında oxşar mətləblər yayıblar.

Həmçinin Turan informasiya agentliyi yazıb: İslam İnqilabının Böyük Rəhbəri rəsmi şəkildə tanınmış beynəlxalq sərhədlərə hörmətin önəmini vurğulayaraq, bildiribdir ki, terrorçular İran sərhədlərinə yaxınlaşmamalıdırlar. Həzrət Ayətullah Xamenei vurğulayıb: Əgər terrorçular İran sərhədinə yaxınlaşarlarsa, onlarla qətiyyətlə rəftar ediləcək.

Azərbaycan Respublikasının telekanalları, o sıradan ATV, Space, ARB, İTV də öz informasiya məlumatlarında İslam İnqilabının Böyük Rəhbərinin Qarabağ münaqişəsinin həlli barədəki çıxışını və Ermənistan qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxmasına təkid etməsini işıqlandırıblar.

Türkiyənin Anadolu xəbər agentliyi də İslam İnqilabının Böyük Rəhbərinin bəyanatını əks etdirərək, yazıbdır ki, İnqilab Rəhbəri İranla qonşu olan iki ölkə arasındakı savaşı kədərli bir hadisə adlandırıb və onun qısa bir zamanda başa çatmasını istəyibdir.

Teqlər