Noy 04, 2020 18:27 Asia/Baku
  • Ruhani Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətə təkid edib

İran prezidenti bildirib ki, ərazi bütövlüyü region xalqlarının haqqıdır. O, qeyd edib ki, İran Qarabağ münaqişəsinin diplomatik və mülki qaydada aradan qaldırılmasını istəyir.

SəhərAzəri xəbər verir, Həsən Ruhani bu gün İranın nazirlər kabinetinin iclasında bölgənin və ölkənin şimal və şimal-qərb sərhədlərinin şəraitinə işarə ilə deyib: Sərhədlərin təhlükəsizliyi, terrorçu qruplaşmaların və terrorçuların İran sərhədlərinin yaxınlığında heç bir vəchlə iştirak etməmələri və coğrafi sərhədlərin dəyişməməsi Tehran üçün önəmlidir.

İran prezidenti həmçinin bildirib ki, ABŞ seçkiləri müxtəlif cəhətlərdən ibrətamizdir.

O, vurğulayıb ki, Tehran üçün Amerikada nəyin baş verdiyi və kimin prezident olacağı mühüm deyil.

Ruhani bildirib ki, Amerika hökumətində işlədilən metod önəmlidir. O, deyib ki, əgər amerikalılar dərk edib və ibrət alıblarsa, onda başqa bir yolu seçməlidirlər.

Ölkə prezidenti həmçinin ötən günlərdə dünyanın müxtəlif bölgələrində edilmiş terror hərəkətlərinə işarə ilə söyləyib ki, ibadət məkanına, məktəbə və universitetə hücum pislənilir.

Ruhani deyib: İslam Peyğəmbərinə hörmətsizlik edən kəslər yanlış bir iş görüblər; terror törədən kəslər də qeyri-düzgün, yanlış və insanlığa qarşı iş görürlər.

Teqlər